İspaniyada keçirilən matçda 42-ci dəqiqədə “Brennan Conson Ance Postecoglou”nun komandasına qələbə qazandıran qolu vurub. “ManU” qapıya vurulan 16 zərbədən 6-sı çərçivəni tutsa da heç biri qapı xəttini keçmədi. Topa sahib olmada 73-27 faiz üstünlük “M.United”a heç nə qazandırmadı. Premyer Liqada 17-ci yerdə olan “Tottenhem” Avropa Liqasının kubokunu qazandığı üçün Çempionlar Liqasına vəsiqə qazanıb. 16-cı sırada “ManU” avrokuboklara gedə bilməyəcək. Bu arada “Tottenhem” 17 ildən sonra öz muzeyinə kubok qoymağı bacarıb.