Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) xəbər verir ki, ölkənin şərqindəki Çonjin limanında yeni esminesin istismara verilməsi mərasimi zamanı “ciddi qəza” baş verib.
500 tonluq döyüş gəmisi suya salınan zaman arxa sürüşmə yolundan sürüşərək quruya oturub. Bildirilib ki, dibi əzilən gəminin tarazlığı pozulduğu üçün suya endirmək mümkün olmayıb.
Mərasimə qatılan Şimali Koreya lideri Kim Çen In komandirləri ehtiyatsızlıq və məsuliyyətsizlikdə günahlandıraraq, hadisəni ciddi qəza və cinayət aktı kimi qiymətləndirib.