Vaxt.Az

PKK-ya zərbə


 

Terror təşkilatın Almaniya qolunun idarəçisi həbs olunub

PKK-ya zərbə Almaniyada PKK terror təşkilatının üzvü həbs edilib. Həmin şəxsin terror təşkilatının Avropada təbliğat fəaliyyətinin koordinasiyasına cavabdeh olan rəhbər vəzifədə olduğu bildirilir.

Almaniya Federal Prokurorluğundan verilən açıqlamada Almaniya Cinayət Məcəlləsinin “xarici terror təşkilatına üzv olmaq və onun üçün fəaliyyət göstərmək” iddiaları çərçivəsində Yüksəl K. ilə bağlı 4 aprel 2025-ci il tarixli məhkəmə qərarı olduğu açıqlanıb. Bu səbəbdən Yüksəl K.-nin Bremendəki evində polis tərəfindən saxlanıldığı bildirilib.

Açıqlamada Yüksəl K.-nin 2016-cı ilin iyunundan 2023-cü ilin iyuluna qədər terror təşkilatı PKK-nın Almaniyadakı strukturunda iştirak etdiyi qeyd edilib.

Açıqlamada həmin şəxsin terror təşkilatının Avropada təbliğat fəaliyyətinin koordinasiyasına cavabdeh olan rəhbər vəzifədə olduğu da bildirilir. PKK-nın Avropadakı qondarma liderləri ilə əlaqələri olduğu da vurğulanıb.

Yüksəl K.-nın məhkəmə tərəfindən həbs edilərək Bremen həbsxanasına aparıldığı bildirilib.

 





22.05.2025    çap et  çap et