“İstiqraz bazarı, şübhəsiz ki, büdcə qanun layihəsinin şərtləri ilə bağlı öz sözünü deyəcək. Görünmür ki, bu Prezident və ya Konqres bu kəsiri əhəmiyyətli dərəcədə azaldacaq”, – “DWS Americas”ın sabit gəlir və ticarət şöbəsinin rəhbəri Corc Katrambone bazar reaksiyasını qiymətləndirərək bildirib.
“Moody's Ratings”in keçən həftənin sonunda ölkənin ən yüksək kredit reytinqini aşağı salmasından sonra zərbə alan ABŞ xəzinədarlıq istiqrazlarına investor inamı, iki gün əvvəl keçirilən hərracda 16 milyard dollarlıq 20 illik notlara tələbin gözləniləndən aşağı olmasından sonra daha da pisləşib.
İstiqraz investorları daha uzunmüddətli istiqrazlar almaq üçün daha yüksək gəlir tələb edirlər və bu, təkcə ABŞ-ın Yaponiya və Britaniyaya aid 30 illik istiqraz gəlirləri də bu həftə kəskin şəkildə yüksəlib. “JPMorgan Asset Management”in portfel meneceri Priya Misra, “İstiqraz bazarı siyasətçilərə fiskal davamlılıq problemlərinin artıq göz ardı edilə bilməyəcəyi barədə xəbərdarlıq siqnalı göndərir”, – deyib.
“Bu vəziyyət istiqraz bazarı ilə məhdudlaşmır, bu narahatlıqlar indi risk qavrayışına və səhmlərə təsir edir və korporativ istiqraz bazarı da bu vəziyyətə diqqət yetirir”.