Vaxt.Az

30 milyon avroya gedir


 

“Qalatasaray”ın ulduzu transferi üçün gün sayır

30 milyon avroya gedir “Qalatasaray”dan ayrılacaq futbolçular da yeni mövsümdə komandaya qatılacaq adlar qədər maraq doğurur. “Trendyol” Super Liqasında çempion olan “Qalatasaray” yeni mövsümdə də zirvədəki yerini qorumaq istəyir.

Çempionlar Liqasında birbaşa qrup mərhələsinə birba.a qatılacaq sarı-qırmızılılar güclü heyət qurmaq üçün transfer işlərinə də start verib.

Komandanın ulduz futbolçusu Viktor Osimhenin gələcəyi hələ bəlli olmasa da, hücum xəttində digər önəmli ad Barış Alper Yılmaz da Avropa komandalarının radarındadır.

“Qalatasaray” transfer qiymətini 30 milyon avro olaraq təyin etdiyi Barış Alperlə İngiltərə və İtaliya komandaları maraqlanır.

Mövsümün əvvəlində Premyer Liqadan “Nottingem Forest”in, mövsümün qış transfer pəncərəsində isə “Vest Hem Yunayted”in istədiyi 24 yaşlı futbolçu indi futbolçusunun mümkün gedişinə qarşı dəqiq plan qurub.

Sarı-qırmızılılar 30 milyon avroluq transfer qarşılığında Barış Alperlə yollarını ayırsalar, transferlərdə öz rekordlarını təzələyəcəklər. Daha əvvəl Saşa Boeyi 30 milyon avroya “Bavariya”ya transfer olunmuşdu.

“Qalatasaray”ın Barış Alper Yılmazın yerinə İnaki Uilyamsı düşündüyü bildirilirir. Bazar dəyəri 20 milyon avro olan Uilliyamsın “Athletic Bilbao” ilə 2028-ci ildə başa çatacaq müqaviləsi var. Uilliyams 2019-cu ildə karyerasının ən yüksək bazar dəyərinə – 50 milyon avroya çatmışdı.

Uilyams bu mövsüm “Atletik Bilbao”da 49 oyunda 11 qol vurub və 9 məhsuldar ötürmə edib. İspaniyanın Pamplona gənclər akademiyasında böyüyən təcrübəli futbolçu 2012-ci ildə “Atletik”ə transfer olunub və 3 ildən sonra əsas komandaya yüksəlib.

 





22.05.2025    çap et  çap et