Vaxt.Az

Alman klubu “Qalatasaray”la bazarlıq aparır


 

Davam edən danışıqlarda endirim tələb olunur

Alman klubu “Qalatasaray”la bazarlıq aparır Mövsümün əvvəlində “Qalatasaray”dan alış şərtilə ilə “Verder”ə icarəyə verilən Derrik Köhnün gələcəyi ilə bağlı klubdan yeni açıqlama gəlib. Almaniya təmsilçisinin futbol əməliyyatlarının rəhbəri Peter Nimeyer futbolçunun durumu haqda danışıb.

Peter Nimeyer, Derrik Köhn transferi ilə bağlı etdiyi şərhdə, “Qalatasaray ilə danışıqlarımız davam edir. Ancaq bu proses bir qədər vaxt apara bilər. Gözləyib bir həll tapıb tapa bilməyəcəyimizi görəcəyik”, – deyib.

“Qalatasaray” və “Verder Bremen” arasındakı icarə müqaviləsinə görə, Derrik Köhn transfer haqqını almaq istəyən alman klubu 5 milyon 125 min avroluq alış opsiyasından istifadə etməlidir. Ancaq Alman mətbuatında yer alan xəbərlərə görə, Bremen razılaşdığı pulun yarısına bu transferi tamamlamağı hədəfləyir.

***

Mövsüm ərzində “Verder Bremen”in heyətində 30 rəsmi matçda iştirak edən 26 yaşlı sol cinah müdafiəçisi 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun ardıcıl çıxışı klubun onu daimi olaraq heyətinə qatmaq istəyini artırıb.

 





22.05.2025    çap et  çap et