Karlsenin qarşı tərəfində “Dünya komandası” adlı bir qrup oyunçu olub. Bu komanda hər bir gedişə qaşı 24 saat ərzində cavab verib. Karlsen ağ fiqurlarla və klassik vaxta nəzarətdən kənar çevik qaydalarla oynayıb. Eyni mövqe 3 dəfə təkrarlandığı üçün oyunun 32-ci gedişində heç-heçə başa çatıb. Bu qayda şahmatda "üç təkrar" kimi tanınır.
***
Mütəxəssislər Karlsenin rahat qələbə qazanacağını gözləyirdilər, lakin böyük oyunçu qrupu nizam-intizamlı və diqqətli hərəkətləri ilə ona imkan verməyib. Karlsen də bu nəticəni yüksək qiymətləndirib və açıqlamasında "Dünya Komandası əvvəldən çox güclü oynayıb", – deyib.
***
Milyonlarla insanın izlədiyi yarış dünyada kütləvi iştirakla üçüncü ən böyük şahmat turniri idi. 1999-cu ildə Qarri Kasparov 50.000 nəfərlə oxşar formatda oynayıb və qalib gəlmişdi. 2024-cü ildə hindistanlı qrossmeyster Vişvanatan Anand təxminən 70 min nəfərlik rəqibə qalib gəlmişdi.
Digər tərəfdən, oyunun son günlərində Dünya Komandası daxilində strateji dilemma yarandı: “onlar heç-heçə etməli, yoxsa Karlseni udmalıydılarmı?” Bəzi istifadəçilər tarixi fürsəti uzatmaq istəsələr də, bəziləri oyunu artıq “tarixi” kimi qiymətləndirir...