Sğlamlıq monitorinqi cihazlarında ixtisaslaşmış texnologiya şirkəti Ronaldonun bioloji yaşını ölçüb. Nəticə hər kəsi təəccübləndirib. Testlərdən sonra Ronaldonun fizioloji cəhətdən 11 yaş kiçik olduğu bildirilib. Testlərdən sonra podkastda da qonaq olan Ronaldo 28.9 yaşında olduğunu deyib və "Bu qədər yaxşı olduğuna inana bilmirəm. 28.9" sözlərini əlavə edib.
Ronaldo daha sonra karyerasını nə vaxt bitirəcəyi ilə bağlı suala belə cavab verdi: “Bu o deməkdir ki, daha 10 il futbol oynayacağam”.