Vaxt.Az

Ölkəboyu əməliyyat


 

66 həbsxanada telefon axtarışı başlayıb

Ölkəboyu əməliyyat Fransa cəzaçəkmə müəssisələrində müxtəlif qaçaqmalçılıq yollarla həbsxanalara gətirilən telefonların toplanması üçün ölkə boyu əməliyyat başlayıb.

Paris prokuroru Lora Bekko verdiyi yazılı açıqlamada ölkə daxilində 66 həbsxanada əməliyyat başladığını açıqlayıb.

***

Açıqlamada əməliyyatların “bir Çin şirkəti tərəfindən bazara çıxarılan və Fransada satılan mini telefonların toplanması” məqsədi daşıdığı qeyd edilib.

Əməliyyatın qeyri-qanuni əməliyyatlara və oğurlanmış malların alınmasına şərait yaradan bir platforma ilə bağlı aparılan istintaq çərçivəsində başladığı və təcridxanaların girişində aşkar edilməyəcək qədər kiçik minlərlə telefonun ələ keçirilməsinə yönəldiyi bildirilir.

 





22.05.2025    çap et  çap et