Vaxt.Az

“Həqiqətən də problemimiz var”


 

NATO-dan Rusiya xəbərdarlığı: “İndi bütün NATO Rusiya ilə sərhəddir”

“Həqiqətən də problemimiz var” NATO-nun baş katibi Mark Rutte yaxın gələcəkdə qarşısının alınması üçün müdafiə xərclərinin artırılmasının vacibliyinə diqqət çəkərək, “Müdafiə xərclərimizi 2 faiz səviyyəsində saxlasaq, indi özümüzü müdafiə edə bilərik. Əgər Putin bizə hücum etsə, cavabımız dağıdıcı olacaq. Mənim narahatlığım 3-5 il sonradır. Bəziləri deyir ki, 7 il sonra. Amma xərclərimizi artırmasaq çox uzaq olmayan gələcəkdə başımıza böyük problem açacağıq”.

Bu sözləri İyunun 23-25-də NATO-nun sammitinə ev sahibliyi edəcək Mark Rutte və Hollandiyanın baş naziri Dik Şuf NATO-nun Brüsseldəki mənzil-qərargahında birgə mətbuat konfransında deyib.

Rutte, bu təhdidin Estoniya və Polşa kimi Rusiya ilə sərhədləri paylaşan ölkələrə yönəldiyini düşünmə səhvinə qarşı xəbərdarlıq edərək, “Rusiyanın ən son raket texnologiyası ilə bu, artıq belə deyil. Polşaya hücumla Rotterdama hücum arasında fərq beş dəqiqədir. Beləliklə, yalnız xəritədə Avropanın şərq tərəfində deyil, biz hamımız NATO-nun şərq cinahındayıq”, – deyib.

Rutte Ukrayna prezidenti Vladimir Zelenskinin sammitdə iştirak edib-etməyəcəyi ilə bağlı suala “proqram hələ dəqiqləşdirilməyib”, – cavabını verib.

Hollandiya lideri Şuf, həmçinin ölkəsinin alyans qurulandan bəri ilk dəfə NATO sammitinə ev sahibliyi edəcəyini bildirib və bunu mümkün edən diplomatik səylərinə görə Hollandiyanın keçmiş baş naziri Rutteyə təşəkkür edib.

Ev sahibi ölkə olaraq bütün müttəfiqləri mümkün qədər ortaq zəmin üzərində bir araya gətirmək üçün çalışdıqlarını ifadə edən Şuf, “Haaqada bütün üzv ölkələrin arxasında dayana biləcəkləri razılaşmalar edəcəyik”, – deyib.

“Rusiya indi müharibə iqtisadiyyatıdır. Buna görə də Avropa müdafiə sənayesinin geridə qalmasına imkan verə bilmərik”, – deyən Şuf, sammitin məqsədi NATO ərazisindəki zavodlarımız tam gücü ilə fəaliyyətə başlaması və yenilikçi üsullarla daha çox material istehsal etməsi olacaq. Buna görə, lazım olan dəstəyin necə təmin ediləcəyini müzakirə etmək üçün dövlət orqanları, şirkətlər və müdafiə sənayesi mütəxəssislərini bir araya gətirəcəyini deyib.

 





22.05.2025    çap et  çap et