İnsident dünən Hindistanın paytaxtı Yeni Dehlidən Hindistanın nəzarətində olan Kəşmirin ən böyük şəhəri Şrinaqara gedən təyyarədə baş verib. Normalda 1,5 saat davam edən uçuş zamanı təyyarə qəfildən güclü doluya tutulub.
"Uçuş və kabin heyəti protokola uyğun hərəkət etdi və təyyarə təhlükəsiz şəkildə Şrinaqarda eniş etdi", – şirkətin açıqlamasında deyilir.
Sərnişin Şeyx Samiullahın paylaşdığı videoda təyyarənin titrədiyi anlar və sərnişinlər arasında çaxnaşma yaşanıb. Kadrlarda sərnişinlərin qışqırması, uşaqların ağlaması eşidilir.
Samiullah Hindistan mətbuatına açıqlamasında “Hər şey əvvəl normal idi. Enişə 30 dəqiqə qalmışdı. Pilot təhlükəsizlik kəmərlərini bağlayın deyincə panika başladı. Öləcəyimizi düşündüm. Aşağı enəndə təyyarənin burnundakı dəliyi görəndə daha da qorxduq. Həyatımda ilk dəfə belə bir şey yaşamadım".
***
Şirkət zərərin miqyası ilə bağlı təfərrüatları paylaşmasa da, sərnişinlərin çəkdiyi fotolarda təyyarənin burnunda böyük bir dəlik görünür.
Hava şəraitinin pis olduğu Dehlidə həmin günün axşam saatlarında güclü yağış, şimşək çaxması və tufanların yaşandığı bildirilib.