Vaxt.Az

Evləri alov bürüyüb


 

ABŞ-da kiçik təyyarə yaşayış məntəqəsinə çırpılıb

Evləri alov bürüyüb Bu gün səhər ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində dumanlı havada kiçik təyyarə yaşayış məntəqəsinin üzərinə düşüb. Səlahiyyətlilər təyyarə qəzası nəticəsində təxminən 15 evin alovlandığını, ərazidəki evlərin boşaldıldığını açıqlayıb.

Yanğınsöndürmə rəisinin müavini Den Eddi mətbuat konfransında hər yerdə təyyarə yanacağı olduğunu bildirib. "Bizim əsas məqsədimiz bu evlərin hamısını axtarmaq və dərhal hamını çıxarmaq oldu", – deyib.

Eddi, təyyarənin Mörfi Kanyon məhəlləsində birbaşa bir çox evə çırpıldığını deyib. Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmadığı hələlik dəqiqləşdirilməyib.

Eddi, şəxsi təyyarə qəzaya uğrayanda havanın çox dumanlı olduğunu deyib, “Qarşısını çətinliklə görə bilib”.

Federal Aviasiya İdarəsi (FAA) da mövzu ilə bağlı verdiyi açıqlamada “Cessna 550” tipli təyyarənin Montqomeri-Gibbs İnzibati Hava Limanı yaxınlığında qəzaya uğradığını açıqlayıb. FAA-nın bəyanatında deyilir ki, hadisə zamanı təyyarədə neçə nəfərin olduğu məlum deyil. Sözügedən təyyarə altı-səkkiz nəfəri daşıya bilər.

 





22.05.2025    çap et  çap et