Vaxt.Az

Doha danışıqları dalana dirəndi


 

İsrail nümayəndə heyətini geri çağırdı

Doha danışıqları dalana dirəndi Bu həftənin əvvəlində İsrail Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatın başlamasından sonra Dohadan yüksək səviyyəli danışıqlar aparan nümayəndələrini “məsləhətləşmələr” üçün geri çağırdığını açıqladı.

İsrail rəsmisinə və məlumatlı mənbəyə istinadən “Axios” bir neçə gün əvvəl ABŞ nümayəndəsi Stiv Vitkoffun İsrail və “HƏMAS”a Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi üçün yenilənmiş təklif təqdim etdiyini və indi hər iki tərəfə bunu qəbul etməsi üçün təzyiq etdiyini bildirdi.

Təklif 45-60 günlük atəşkəs müqabilində 10 girovun azad edilməsini, həmçinin fələstinli məhbusların azad edilməsini əhatə edir, lakin atəşkəsin müharibənin sona çatmasına gətirib çıxara biləcək daha geniş prosesin başlanğıcı olacağını vurğulayan yeni mətnlə əvvəlki təkliflərdən fərqlənir.

Qətər iki gün əvvəl Qəzzada atəşkəsə nail olmaq üçün Misir və ABŞ-la vasitəçilik səylərinin davam etdiyini təsdiqləyib, lakin İsrailin bombardmanının sülh perspektivlərini sarsıtdığını vurğulayıb.

 





22.05.2025    çap et  çap et