O ki qaldı qalibə, layihə komandasıdır, yaradılma, adlandırılma səbəbi məlumdur. Ötən mövsüm I Liqada bu qəbildən birinə – “İrəvan” FK – şahidlik etmişdik, çox uğursuz, hətta deyərdim biabırçı, rəzil bir sonluqla bitdi. Çünki iş işi bilməyənlərə, heç bir peşəkarlıq nümayiş etdirmədən, sadəcə adı əsas götürüb rahatlıqla istədiklərini edə biləcəklərini düşünənlərə tapşırılmışdı. Görünən odur ki, “Xankəndi” bir qədər fərqlidir, futbolu bilən adamların toplaşıb. Ümid edək ki, bu komanda yuxarıda qeyd etdiyim aqibəti yaşamayacaq və daşıdıqları adın yükünü qaldıra biləcəklər.