Vaxt.Az
Amerikalı etiraf edib ki, ...
16 dinc əfqanı öldürüb
16 dinc Əfqanıstan vətəndaşının qətlində ittiham olunan amerikalı hərbçi Robert Beyls suçunu etiraf edib.Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bir müddət öncə vəkili bildirmişdi ki, müvəkkili suçunu etiraf edərək, bu sövdələşməyə ölüm hökmündən qurtulmaq üçün razılıq verib.
Müttəhim 2012-ci il martın 11-də Qəndəhar əyalətindəki hərbi baza yaxınlığında yerləşən iki kəndə basqın edib. Çoxu qadın və uşaq olmaqla bu 16 nəfər bu silahlı hücumun qurbanı olub.
06.06.2013 çap et