UEFA Avropa Liqasının finalında “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edən “Tottenhem” kuboku öz muzeyinə aparıb. Bu matçdan sonra UEFA rəsmi hesabında mövsümün ən yaxşı qolları paylaşıb. “Qarabağ” və Azərbaycan millisinin futbolçusu Tural Bayramov və “Qalatasaray”ın və Türkiyə millisinin futbolçusu Yunus Akgün dünya ulduzlarını geridə qoyublar.
Qurumun yaydığı açıqlamaya görə, UEFA-nın texniki müşahidə qrupu Avropa Liqasında 2024-2025-ci il mövsümünün ən yaxşı 10 qolunu müəyyənləşdirib.
Liqa mərhələsində “Qarabağ”ın qonaqda “Bodo/Qlimt”i 2:1 məğlub etdiyi oyunda Tural Bayramovun və “Qalatasaray”ın Avropa Liqasının çempionu “Tottenhem”ə 3-2 qalib gəldiyi matçda cərimə meydançası kənarından güclü zərbə ilə fərqlənən Yunus Akgün vurduğu qol siyahıya düşüb. Türkiyəli futbolçunun qolu “mövsümün ən yaxşı qolu” kateqoriyasında birinci olub.
Aşağıdakı adlar milli futbolçumuzla birlikdə ilk 10-luqda idi...

10. Qustav İsaksen (Viktoriya Plzen – Latsio)

9. Kobbi Maynu (Mançester Yunayted – Lyon)

8. Meyson Maunt (Mançester Yunayted – Atletik Bilbao)

7. Tural Bayramov (Bodo/Qlimt – Qarabağ)

6. Samuel Omorodion (Roma – Porto)

5. Adama Traore (Ferencvaros – AZ Alkmaar)

4. Pedro Rodriges (Ayaks – Latsio)

3. Niko Uilyams (Atletik Bilbao – Roma)

2. Rasmus Hojlund (Mançester Yunayted – Bodo/Glimt)

1. Yunus Akgün (Qalatasaray – Tottenhem)
çap et