Vaxt.Az

30 kq daşı skuterdə daşıyıb


 

Romada artefakt oğurlayan alman turist yaxalanıb

30 kq daşı skuterdə daşıyıb Dünən Romada bir alman turist icarəyə götürdüyü elektrik skuterində Roma sütununun mərmər əsasını daşıyarkən həbs edilib.

24 yaşlı turist İtaliya paytaxtının mərkəzindəki Villa Borghese parkının yaxınlığındakı dəbdəbəli Via Vittorio Veneto küçəsi ilə gedərkən polis tərəfindən saxlanılıb. Skuterin ayaq dayağında təxminən 30 kiloqram ağırlığında tarixi mərmər sütun əsası var idi. Turist bu ağır daşı “suvenir” kimi xarakterizə edib.

Roma Karabiniyeri bölməsindən verilən açıqlamaya görə, turistə qarşı "tarixi və bədii əhəmiyyət kəsb edən mədəni sərvətlərə sahib olmaq" ittihamı ilə qanuni tədbir görülüb. Mərmər bazası müsadirə edilərkən, əsərin mənşəyinin müəyyən edilməsi üçün ətraflı müayinəyə götürüldüyü bildirilib.

***

Roma Arxeologiya, Gözəl Sənətlər və Landşaft Xüsusi Mühafizə İdarəsi tərəfindən aparılan araşdırmada sözügedən əsərin orijinal olduğu və İtaliya paytaxtının əsas arxeoloji obyektlərindən birinə aid ola biləcəyi ifadə edildi. Qurum əsərin tarix və sənət baxımından mədəni dəyərə malik olduğunu rəsmən təsdiqləyib.

Alman turist haqqında prokurorluğa məlumat verilib və mədəni əhəmiyyətli oğurlanmış əmlaka sahib olmaqda ittiham olunub. Səlahiyyətlilər istintaqın davam etdiyini açıqlayıb.

 





22.05.2025    çap et  çap et