Vaxt.Az

Həqiqət tamam başqadır


 

Trampın fotoşəkillərində hər şeyin yalan olduğu ortaya çıxdı...

Həqiqət tamam başqadır ABŞ prezidenti Donald Tramp və Cənubi Afrika prezidenti Kiril Ramafoza arasında Ağ Evdə görüş zamanı “soyqırım” debatında daha bir maraqlı hadisə yaşanıb.

Trampın Cənubi Afrikada ağdərili fermerlərə qarşı zorakılığı əks etdirən Ramafoza göstərdiyi skrinşotların Konqo Demokratik Respublikasında çəkilmiş video olduğu ortaya çıxıb.

Görüş zamanı Cənubi Afrikada ağdərili fermerlərə qarşı zorakılığı “soyqırım” olaraq xarakterizə edən Tramp, ekran görüntülərinin çapını kameralara göstərərək, “Bunların hamısı dəfn edilən ağ fermerlərdir” deyib.

Britaniyanın “Reuters” xəbər agentliyinin müxbiri Caffar al Katanti tərəfindən çəkilmiş və fevralın 3-də yayımlanan görüntülərin Konqo Demokratik Respublikasının Qoma şəhərində çəkildiyi və cəsəd çantaları daşıyan humanitar işçilərinin olduğu bildirilir.

Görüntülərin M23 üsyançı qruplaşması ilə toqquşmadan sonra keçirilən kütləvi dəfn mərasimi olduğu bildirilir.

***

Tramp Cənubi Afrikada ağdərili fermerlərə qarşı zorakılıq görüntülərini nümayiş etdirdikdən sonra “Ağ fermerlər torpaqlarından didərgin salınaraq öldürülür. Əgər bu soyqırımdırsa, bu insanları ölkəmizə aparmalıyıq” deyib.

Amerikalı milyarder İlon Maska toxunan Tramp, “İlon Cənubi Afrikadandır. O, nə baş verdiyini çox yaxşı bilir” deyib.

Ramafoza isə görüntüləri daha əvvəl görmədiyini söyləyərək, “Bu videoların mənə göstərilməmişdən əvvəl harada çəkildiyini bilmək istərdim. Cənubi Afrikada baş verənlər irqi bir soyqırım deyil, geniş yayılmış cinayət problemidir. Qurbanlar təkcə ağdərililər deyil, onlar əsasən qaradərililərdir”, – deyib.

 





23.05.2025    çap et  çap et