Vaxt.Az

«Şərh verməyim düzgün olmaz»


 

«Xədicə İsmayıl adlı jurnalist və Leyla Yunus adlı siyasətçi tanımıram»

«Şərh verməyim düzgün olmaz» Telejurnalist Mirşahin Ağayev jurnalist Xədicə İsmayıl və hüquq-müdafiəçisi Leyla Yunusun onlardan müsahibə almağa çalışan «ANS» müxbirinin ünvanına səsləndirdiyi ifadələrə münasibət bildirib.

Vitse-prezident «Qafqazinfo»ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan həmin videogörüntü ilə bağlı geniş şərhə ehtiyac duymur: «Mən Xədicə İsmayıl adlı jurnalist və Leyla Yunus adlı siyasətçi tanımadığım üçün şərh verməyim də düzgün olmazdı».

Xatırladaq ki, həmin video görüntüdə Leyla Yunus istehza ilə «ANS» mikrofonunu göstərərək «mən də elə bildim siz jurnalistsiniz» ifadəsini işlədib, Xədicə İsmayıl isə müxbirə müraciət edərək həmin kanalda işləməyin ayıb olduğunu bildirib.

 





13.05.2014    çap et  çap et