Vaxt.Az

100 min xərçəng xəstəsi


 

“Greenpeace” ABŞ-ın Atlantik Okeandakı nüvə sınaqlarının qalıcı zərərlərini dərc edib

100 min xərçəng xəstəsi “Greenpeace” hesabatında təxminən 50 min əhalisi olan Marşal adalarında 1940-1950-ci illərdə ABŞ-ın 67 nüvə sınağının vurduğu qalıcı ziyana işarə edib.

Bu araşdırmaya görə, bölgədəki bütün mərcan adaları radioaktiv materiallarla çirklənib və sağlamlıq, sosial və ekoloji nəticələr ABŞ-ın qəbul etdiyindən daha ciddidir.

Bu, 1945-ci ildən bəri rəsmi sənədləri araşdıran ilk hərtərəfli təhlildir. “Greenpeace”, nüvə testlərdən sonra sakinlərin sağlamlıq problemləri ilə üzləşdiyi Rongelap şəhərinin boşaldılmasının 40-cı ildönümünü qeyd edib. Təşkilat uzunmüddətli nəticələri araşdırmaq üçün torpaq nümunələri toplayıb və sakinlərin bilmədən tibbi təcrübələrə məruz qaldığını açıqlayıb.

Tədqiqat göstərir ki, nüvə sınaqlarının ümumi partlayıcı gücü 108 meqaton olmaqla, təxminən 100.000 nəfərin xərçəng xəstəliyinə səbəb olan qlobal nəticələr var.

 





23.05.2025    çap et  çap et