Çin Xarici İşlər Nazirliyinin dünən yaydığı bəyanata görə, Vaşinqton və Pekin Çin Xarici İşlər Nazirinin müavini Ma Jaoxu və ABŞ dövlət katibinin müavini Kristofer Landau arasında telefon danışığından sonra əlaqəni bərpa etmək barədə razılığa gəliblər.Bəyanatda dünən keçirilən görüşdə tərəflərin mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıldığı, lakin təfərrüatların verilmədiyi bildirilib.
ABŞ Dövlət Departamenti də oxşar bəyanatla çıxış edərək, ikitərəfli əlaqələrin əhəmiyyəti və kommunikasiya kanallarının açıq saxlanılması ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.
Bəyanat bu ayın əvvəlində İsveçrədə aparılan danışıqlardan sonra iki tərəfin tarifləri azaltmağa razı olmasına baxmayaraq, Pekin və Vaşinqtonun tariflərlə bağlı tənqidlərinin davam etdiyi bir vaxtda verilib.
çap et