Hökumət əleyhinə şüarlar səsləndirən etirazçılar şəhərin əsas yollarından istifadə edərək, Albertin meydanına qədər bir neçə kilometr yürüş ediblər.
Yürüşlə əlaqədar Brüsselin mərkəzi ərazilərində nəqliyyatın hərəkəti dayandırılıb. Etirazçılar əllərində “Səhiyyə sektoru təhlükədədir”, “Mədəniyyət, səhiyyə, təhsil həmrəyliyi” və “Qeyri-kommersiya sektorlarına dəstək vaxtıdır” sözləri yazılmış plakatlar tutublar.
***
Belçikada qeyri-kommersiya sektorunda çalışanlar kadr çatışmazlığı və ağır iş yükü ilə üzləşirlər. Nümayişçilər Belçikadakı federal və regional hökumətlərdən səhiyyə, sosial dəstək və mədəniyyət kimi sahələrə daha çox vəsait ayırmağı tələb edirlər.
Belçikanın yeni hökuməti qənaət siyasəti çərçivəsində müxtəlif sosial xərclərdə ciddi ixtisarlar etməyi planlaşdırır.