Vaxt.Az

Ən böyük təhlükə sovuşdu


 

“Qalatasaray”ın Viktor Osimhen transferində şad xəbər...

Ən böyük təhlükə sovuşdu Mayın 19-da “Trendyol” Super Liqasının 36-cı turunda doğma divarlar arasında “Kayserispor”u məğlub edən “Qalatasaray” 25-ci çempionluğunu elan edib. Embleminə 5-ci ulduzu taxan ilk komanda olan Cimbom–da ulduz hücumçu Viktor Osimhenin gələcəyi maraqla izlənilərkən, diqqətəlayiq bir hadisə baş verdi. “Qalatasaray” transfer prosesində önəmli rəqibini aradan çəkildi.

***

Ardıcıl 3-cü liqa çempionluğunu qazanan Okan Buruk seriyanı davam etdirmək istədiyini bildirib. Klub olaraq çox xoşbəxt olduqlarını vurğulayan 51 yaşlı çalışdırıcı, “Çox xoşbəxtik, qürur duyuruq. Ardıcıl üçüncü çempionluğumuzu yaşayırıq. Hamısını yenə birlikdə etdik. “Maylar bizimdir” dedik. May ayında yenə çempion olduq. İnşallah, dördüncü və beşinci çempionatlara da azarkeşlərimizlə birlikdə addımlayacağıq”.

İcarə müqaviləsi bitmək üzrə olan Osimhenin transferi üçün masada olan “Qalatasaray” potensial rəqibi “Mançester Yunayted” idi. Amma Avropa Liqasının finalında “Tottenhem”ə uduzan mançesterlilər yeni mövsümdə Avropada olmayacaq.

“Sarı-qırmızılar” Çempionlar Liqasına birbaşa qatılmaq “kozırı” ilə “Mançester Yunayted”i bir addım qabaqladı.

Premyer Liqanın son həftəsində keçiriləcək matçlardan asılı olaraq “Çelsi”nin durumu daha aydınlaşacaq.

Aslanlar transfer planlarını Viktor Osimhenin cavabına görə edəcək.

Astronomik təkliflərə baxmayaraq, nigeriyalı forvard Səudiyyə Ərəbistanına qarşı soyuq davarnaır və karyerasını Avropada davam etdirməyi düşünür.

 





23.05.2025    çap et  çap et