Vaxt.Az

Tualetdəki mesaj təyyarəni geri qaytardı


 

FTB işə qarışdı

Tualetdəki mesaj təyyarəni geri qaytardı Havaydan ABŞ-ın Los-Ancelesə uçan “United Airlines”a məxsus təyyarə tualetdə mesajı oxuyandan sonra pilotlar təyyarəni geri qaytarıb. FTB də mesajı aşkar etmək üçün hadisəyə qarışıb.

Honoluludakı “Daniel K.İnouye” Beynəlxalq Hava Limanından Los-Ancelesə uçan “United Airlines” 1169 saylı reysinin tualet güzgüsündə yazılmış təhlükəsizlik təhdidi mesajı tapılıb. Göyərtəsində 339 sərnişin və 10 ekipaj üzvü olan “Boeing 777” tipli təyyarə bu mesajın aşkarlanmasından sonra sağ-salamat Honoluluya qayıdıb.

***

"United Airlines"ın “Fox News Digital” telekanalına verdiyi açıqlamada "Honoluludan Los-Ancelesə uçan “United Flight 1169” təyyarəsinin tualetinin güzgüsündə aşkar edilmiş "potensial təhlükəsizlik təhdidi" mesajı səbəbindən Honoluluya yönləndirilib. Eniş zamanı təyyarə Fereal Təhlükəsizlik Bürosu (FTB) də daxil olmaqla təhlükəsizlik işçiləri tərəfindən qarşılanıb və hərtərəfli təhlükəsizlik yoxlaması aparılıb".

Səlahiyyətlilər təyyarədə hər hansı təhlükəli material və ya digər şübhəli əşyaların olub-olmaması barədə məlumat verməyib. Hadisə ilə bağlı kiminsə saxlanılıb-saxlanmadığı hələlik məlum deyil.

 





23.05.2025    çap et  çap et