Birjalar bu həftə Tramp administrasiyasının vergilərin azaldılması qanun layihəsinin büdcə kəsirini artıracağına dair narahatlıqlarla, xüsusən də istiqrazlarda geniş satışlar gördü.
Dünən istiqrazlar və dollar bir qədər bərpa olunsa da, ABŞ fond bazarları enişlə bağlanıb. “S&P 500” gün ərzində yüksəlsə də, bağlanışa doğru sürətini itirdi və ardıcıl üçüncü gün itki ilə bağlandı.
Bu, indeksin ayı bazarının astanasına çatdığı aprelin 8-dən bəri ən uzun itirmə seriyası idi. Böyük texnoloji şirkətlər yaxşı performans göstərsələr də, “Apple Inc.”in sessiyanın sonundakı sürüşməsi əhval-ruhiyyəni pisləşdirdi. Uzunmüddətli dövlət istiqrazları yüksəldi, 30 illik gəlirlilik 2007-ci ildə görülən səviyyələrə yaxın düşdü.
“Navellier & Associates”in baş investisiya direktoru Luis Navellierin sözlərinə görə, “Treasures” üzərində təzyiq azaldıqca, səhmlərin daha yüksək səviyyələrə qayıtması üçün istiqraz gəlirlərində daha “əhəmiyyətli bir azalma” tələb oluna bilər.
ABŞ və Avropa indekslərinin fyuçersləri sabit olub. İstiqrazlardakı yüksəlişin dünən əldə etdiyi səviyyələrin saxlanması bu səhər Asiya səhmlərini dəstəklədi. “MSCI Asia Pacific Index” risk iştahasının yaxşılaşması və ABŞ-ın maliyyə siyasəti ilə bağlı narahatlıqların azaldılması ilə 0,6 faiz artıb.
“Bloomberg Dollar” İndeksi 0,2 faiz azalaraq həftəlik itkisini 1,2 faizə qədər uzadıb. Bu, indeksin altı həftədə ən böyük enişi idi.