Vaxt.Az

Ali Məhkəmədən FED-ə qalxan


 

Trampın işdən çıxardığı iki qadınla bağlı apelyasiya qərarı ləğv edildi

Ali Məhkəmədən FED-ə qalxan ABŞ Ali Məhkəməsi FED-i prezident Donald Trampın yüksək vəzifəli şəxsləri müstəqil federal agentliklərdən uzaqlaşdırmaq cəhdindən müdafiə edib.

Məhkəmə, Trampın işdən qovulan Milli Əmək Münasibətləri Şurasının üzvü Qvinn Uilkoks və “Merit Systems Protection Board” üzvü Keti Harrisin işlərinə qayıtmasına qısa müddətə icazə verən apelyasiya məhkəməsinin qərarını ləğv etdi.

Demokratlardan olan Uilkoks və Harris Trampın onları vəzifədən azad etməsinə icazə verildiyi təqdirdə FED sədri Cerom Pauell və FED-in müstəqilliyinin pozulacağını iddia etdilər. Ali Məhkəmə dünənki qərarın FED-ə aid olmadığını bildirib.

Məhkəmə FED-i “unikal strukturlaşdırılmış özəl qurum” kimi təsvir edib. FED-i faiz dərəcələrini azaltmadığına görə tez-tez tənqid edən Tramp, son bir ayda Pauelllə bağlı ziddiyyətli siqnallar verib. Aprelin 17-də "Pauellin işdən çıxarılması dərhal baş verməlidir!" tələbində olan ABŞ prezidenti aprelin 22-də jurnalistlərə açıqlamasında “onu işdən çıxarmaq niyyətində olmadığını” deyib.

Məhkəmə Uilkoks və Harris işi ilə bağlı yekun qərar vermədiyini söylədi, çünki məhkəmə prosesi hələ ilkin mərhələdədir. Lakin əksəriyyət belə hesab etdi ki, prezident müəyyən istisnalarla icra hakimiyyətini həyata keçirən məmurları “səbəbsiz olaraq vəzifəsindən kənarlaşdıra” bilər.

Qərar FED-i qorusa da, Trampın Federal Ticarət Komissiyası və Federal Rabitə Komissiyası da daxil olmaqla digər qurumlardakı məmurları işdən çıxarmaq səlahiyyətini gücləndirə bilər.

 





23.05.2025    çap et  çap et