Avstraliya Yayım Korporasiyasının məlumatına görə, 24 yaşlı Korbi Jan Uolpol, Olberi Rayon Məhkəməsində 23 yaşlı Ceyk Louderə hücumda günahını etiraf edib.
“New York Post” xəbər verir ki, Uolpol keçən il Yeni Cənubi Uelsdə bir ev şənliyində Louderin seksist davranışından əsəbiləşdiyini deyib.
Məhkəmə Louderin Uolpola deyib ki, kişilərlə içki içməkdən tab gətirə bilmirsə, “mətbəxdə qalıb çörək bişirməlidir” və bu sözlər, Uolpolu qəzəbləndirdi.
***
Açıqlamada deyilir ki, Louder epidermisin geniş zədələnməsi səbəbindən günəşə çıxa bilmir.
Uolpol məhkəmədə 2022-ci ildə ayrıldıqdan sonra narkotik və spirt istifadə etdiyini və etdiyi hərəkətdən peşman olduğunu söylədi.
Hesabata görə, Uolpol məhkəmədə, “Bu gün Ceykə etdiyim əmələ görə özümü dəhşətli, peşman və günahkar hiss edirəm, təkcə ona deyil, onun ailəsinə, yaxınlarına, ortaq dostlarına, bütün bunlardan təsirlənən hər kəsə qarşı peşmanam”, – deyib.
Uolpol əlavə etdi: “Xəsarətlərə səbəb olduğuma inanmaq çox çətindir. Vaxtı geri qaytarmaq üçün hər şeyi edərdim”.
Uolpol bu ayın sonunda hökm oxunmaq üçün hakim qarşısına çıxacaq.