Bu sözləri Teleqraf.com-a açıqlamasında Erkin Qədirli REAL-ın Məclis başqanlığından uzaqlaşdırılması barədə qərarını şərh edərkən deyib.
İdarə Heyətində çox tənqid olunduğunu
söyləyən E.Qədirli bildirdi ki, öz arqumentlərimi deməyə çalışıb: «Amma
əksəriyyət mənim arqumentlərimi qəbul eləmədi. Nəticədə belə qərar çıxdı.
Məhdudlaşma əl-qolumu bağlayacaq. Bu,
cəza kimi düşünülüb. Əslində bu qərar mənim barəmdədir deyə mənim danışmağım
düzgün olmazdı. Əslində İdarə Heyətində mənim çıxışlarımla bağlı çoxdan
müzakirələr gedirdi. Sadəcə olaraq İdarə Heyətinin üzvlərinin səfərləri, İlqar
Məmmədovun məhkəməsi ilə əlaqədar Şəkiyə gedib-gəlməyimiz, İ.Məmmədovun özü ilə
məsləhətləşmə və araya digər işlər qarışdı. Mənə şifahi deyilmişdi ki, belə bir
qərar olacaq. İclasda özüm də iştirak etmişdim».
E.Qədirli qərarı sərt sayır: «Düşünürəm ki, sərtdir, inandırım ki, daha sərt təkliflər vardı. Bu, bir az kompromis qərar idi. Qərar var və təşkilat üzvü kimi bu qərarla hesablaşmalıyam. 3 ay gözləməliyəm. Yəqin məhdudiyyət aradan qalxandan sonra yenidən fikirlərimə qayıdıb izahat verəcəyəm».