Vaxt.Az

Gözlənilən ayrılıq gerçəkləşdi


 

“Real Madrid” rəsmi olaraq açıqladı

Gözlənilən ayrılıq gerçəkləşdi “Real Madrid” italyan baş məşqçi Karlo Ançelotti ilə yollarını ayırdığını açıqlayıb.

İspaniya nəhəngi Real Madrid komandasına bir çox kuboklar gətirən baş məşqçi Karlo Ançelotti ilə yollarını ayırdıqlarını açıqlayıb. İtalyan məşqçi “Real Madrid”lə 14 kubok qazanaraq tarixi uğura imza atıb.

Ançelottinin qazandığı kuboklar arasında 3 Çempionlar Liqası, 3 UEFA Super Kuboku, 2 FIFA Klublararası Dünya Çempionatı, 2 İspaniya Kral Kuboku, 2 İspaniya Super Kuboku, 2 LaLiga çempionluğu və 1 FIFA Qitələrarası Kuboku yer alır.

 





23.05.2025    çap et  çap et