Vaxt.Az

Danışıqlar iflasa gedir


 

Yaxın Şərqdə yeni müharibə hazırlıqları

Danışıqlar iflasa gedir İran və ABŞ nüvə böhranını müzakirə edərkən mövqelərindən əl çəkməsələr, diplomatiya dalana dirənəcək və mümkün hərbi münaqişənin mümkünlüyü gündəmə gələck.

İran və ABŞ nümayəndələri nüvə sazişini yenidən müzakirə etmək üçün cümə günü Romada görüşəcəklər.

İranın xarici işlər naziri Abbas Araqçı və prezident Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoff Oman vasitəsilə aparılan danışıqların beşinci raundunu davam etdirəcəklər.

Lakin İran ABŞ prezidenti Trampın bütün hədələrinə baxmayaraq mövqeyini dəyişməkdən imtina edir.

***

ABŞ İranın nüvə silahı istehsal etmək imkanlarını məhdudlaşdırmaq istəyir. Tramp administrasiyası belə bir silahın regional nüvə silahı yarışına səbəb ola biləcəyindən ehtiyat edir.

İran isə ağır sanksiyalarla zəifləmiş neft iqtisadiyyatına nəfəs almağa çalışır.

ABŞ dövlət katibi Marko Rubio deyib ki, onlar İranın dinc nüvə enerjisinə sahib olacağı, lakin uranı zənginləşdirə bilməyəcəyi bir razılaşma əldə etmək niyyətindədirlər.

“Bu sövdələşməni əldə etmək asan olmayacaq”, – Rubio deyib. İranın xarici işlər naziri Abbas Araqçı isə cavabında, “Bu, çox sadədir: İranın nüvə silahına malik olmayacağı bir razılaşmaya “hə”, uranı zənginləşdirə bilməyəcəyi razılaşmaya isə “yox” deyirik”, – deyib.

***

İran tərəfi danışıqların dolayı olduğunu iddia edərkən, ABŞ rəsmiləri əvvəlki raund daxil olmaqla, danışıqların həm birbaşa, həm də dolayısı ilə aparıldığını bildiriblər.

Hər iki ölkə diplomatiyaya üstünlük verdiklərini bildirir. Ancaq fikir ayrılıqları müharibə ilə nəticələnə bilər.

Vaşinqton administrasiyası razılaşma əldə olunmasa, İrana hücum edəcəyinə eyham vurub. İsrail razılıq əldə olunmayacağı təqdirdə hücuma hazır olduğunu açıq şəkildə bəyan edib.

 





23.05.2025    çap et  çap et