AzVisionaz-a bu barədə səfirliyin
mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Türkiyənin «Sabah»
qəzetinin 6 may tarixli sayında dərc olunmuş bir xəbərdə «Çırpınırdın Qara
dəniz» mahnısının erməni əsilli Sayat Nova adlı xalq ozanına məxsus olduğuna
dair qərəzli fikir irəli sürülüb.
Xəbərdə həmçinin TR Mədəniyyət və Turizm
Nazirliyinin Sayat Novanın əsərləri ilə bağlı cari ilin iyun ayında kitab nəşr
etmə planından da bəhs olunub.
Azərbaycan Respublikasının Türkiyə
Respublikasındakı Səfirliyi, Azərbaycan Respublikası Müəllif Hüquqları
Agentliyindən əldə etdiyi məlumatlara əsasən, məsələ ilə bağlı olaraq, 6 may
tarixində «Sabah» qəzetinin redaktoru Erdal Şafaka və TR Mədəniyyət və Turizm
Nazirliyinə müvafiq müraciətləri ünvanlayıb.
Ayrıca Səfirlik, Azərbaycan Respublikası
Müəllif Hüquqları Agentliyinin verdiyi məlumatlara əsasən cari ilin 9 may
tarixində məsələ ilə bağlı KİV-ə bəyanat da verib. Türkiyənin müxtəlif mətbuat
orqanlarında Səfirliyimizin sözügedən bəyanatı yayımlayıb.
Bildirmək istərdik ki, TR Mədəniyyət və Turizm Nazirliyinin Sayat Novanın əsərləri ilə bağlı cari ilin iyun ayında nəşr etməyi planladığı qeyd olunan kitab Səfirliyimizin diqqət mərkəzindədir.