Vaxt.Az

50 faiz gömrük rüsumu


 

Tramp: “AB ilə rəftar etmək çox çətin olub”

50 faiz gömrük rüsumu ABŞ prezidenti Donald Tramp AB ilə danışıqların bir nəticəyə gəlmədiyini bildirərək, “1 iyundan etibarən Avropa Birliyinə 50 faiz birbaşa gömrük rüsumunun tətbiq edilməsini təklif edirəm”, – deyib. Trampın açıqlamalarından sonra Yapon yeni dollar qarşısında 1 faiz bahalaşıb. Almaniyada “DAX” İndeksi 2 faiz ucuzlaşıb, unsiya qızılda artım isə 1,5 faizi keçib.

ABŞ prezidenti Donald Tramp Avropa Birliyi (AB) ilə ticarət danışıqlarının heç bir yerə getmədiyini bəyan edib və iyunun 1-dən etibarən AB-yə birbaşa 50 faizlik tarif tətbiq etməyi təklif edib.

Tramp “Truth” sosial media hesabından “Ticarət baxımından ABŞ-dan faydalanmaq məqsədi ilə qurulan AB ilə rəftar etmək çox çətin olub”, – sözlərini paylaşıb.

“AB-nin güclü ticarət maneələri, ƏDV vergiləri, gülünc korporativ cərimələr, qeyri-monetar ticarət maneələri, valyuta manipulyasiyaları, Amerika şirkətlərinə qarşı ədalətsiz və əsassız məhkəmə iddiaları və daha çox vergilərin tətbiqi bizim ildə 250 milyon dollardan çox kəsirlə üzləşməyimizə səbəb olur”. Tramp bunun “qəbuledilməz rəqəm” olduğunu bildirib.

AB ilə ticarət danışıqlarının heç bir yerə getmədiyinə diqqət çəkən Tramp, “Ona görə də AB-yə 1 iyundan etibarən birbaşa 50 faizlik tarif təklif edirəm. Əgər məhsul ABŞ-da hazırlanırsa və ya istehsal olunursa, heç bir tarif tətbiq edilməyəcək”, – deyib.

***

Tramp, “Truth Social” hesabında ayrıca bir yazıda “Apple” baş direktoru Tim Kuka xatırladıb ki, o, çoxdan ona “iPhone”ların Hindistanda və ya başqa bir ölkədə deyil, ABŞ-da istehsal ediləcəyini gözlədiyini deyib.

“Əgər belə deyilsə, “Apple” ABŞ-a ən azı 25 faiz tariflər ödəməlidir”, – Tramp deyib.

 





23.05.2025    çap et  çap et