Vaxt.Az

“Vətən çağırır” şahiddir


 

Nəhəng heykəlin içərisində məşhur akademikin cəsədi tapılıb

“Vətən çağırır” şahiddir Rusiyanın Volqoqrad şəhərində İkinci Dünya müharibəsi üzərində qələbənin şərəfinə ucaldılan nəhəng “Vətən çağırır” heykəlinin içindən yaşlı kişinin cansız bədəni çıxarılıb. Hündürlüyü 85 metr olan bu abidə sovet dövrünün ən möhtəşəm abidələrindən biri kimi tanınır.

Rusiya İstintaq Komitəsindən verilən açıqlamada heykəlin başının içindən bir nəfərin cansız bədəninin çıxarıldığı bildirilib. 1967-ci ildə məşhur memar Yevgeni Vuçetiç tərəfindən ucaldılan heykəl Stalinqrad döyüşündə həyatını itirənlərin xatirəsinə ucaldılıb və indi də dünyanın ən hündür qadın heykəli olaraq qalır.

***

Rusiyanın “V1.ru” xəbər saytının məlumatına görə, əvvəlcə “turist” kimi tanınan şəxsin sonradan Moskva Dövlət Bədən Tərbiyəsi Akademiyasının direktoru Nikolay Çesnokov olduğu məlum olub. Yerli mənbələrin məlumatına görə, Çesnokov heykəli gəzərkən pisləşib və həkim briqadaları hadisə yerinə çatana qədər dünyasını dəyişib.

Hadisədən sonra Moskva Dövlət Bədən Tərbiyəsi Akademiyasının rəsmi saytında verilən açıqlamada 68 yaşlı Nikolay Çesnokovun ölüm xəbəri yayılıb. Ölümün səbəbinin infarkt ola biləcəyi düşünülsə də, İstintaq Komitəsi hadisə ilə bağlı geniş araşdırmalara başlayıb.

 





23.05.2025    çap et  çap et