Vaxt.Az

Azərbaycanda yeni telekanal fəaliyyətə başlayır


 

Xəbərin “Mərkəz”ində qalın

Azərbaycanda yeni telekanal fəaliyyətə başlayır Azərbaycanda yeni televiziyanın fəaliyyətə başlaması ilə bağlı məlumat verilib.

“Mərkəz” Televiziya və Radio Yayımları Şirkəti kimi qeydiyyata alınan media orqanına tanınmış gənc jurnalist İsmayıl Nadirxanlının rəhbərlik edəcəyi bildirilir.

Televiziya Yasamal rayonu  AZ1141 ünvanında fəaliyyət göstərəcək.

Qeyd edək ki, İsmayıl Nadirxanlı bundan əvvəl bir neçə media qurumlarında rəhbər postlarını tutub. O, bu vəzifəyə qədər YAP -ın mətbu ruporu SƏS Media Qrupun siyasi analitik şöbəsinin regional bürosunun rəhbəri vəzifəsində çalışıb.

Ana Vətən Partiyasının Şirvan şəhər təşkilatının sədri, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi'de İdare heyətinin üzvü, İctimai Nəbz Analitik Mərkəzi (İNAM) İB-in rəhbəridir.

 





23.05.2025    çap et  çap et