Ləhcələrindən ərəb olduğu anlaşılan iki şəxs “İbo özünü evində kimi hiss edir” başlığı ilə paylaşılan videonu sosial mediada müzakirə mərkəzinə çevrilib.
Videoda mağazada rəflərin arası ilə gəzən bir kişi turşunu götürüb qapağını açır və əlini turşuya salıb iki xiyar duzlusunu götürüb yeyir. Və yeyərkən “turşu çox gözəldir” deyir və heç nə olmamış kimi bankanı yerinə qoyur.
Görüntülərdən sonra bir çox istifadəçi şərh yazıb və bu şəxslərə qarşı cinayət cəzası tətbiq olunmasını tələb edib.