Narkotik satış məntəqələrinin yaranmasının əsas səbəbinin izlənilə bilməyən pul axını olduğunu deyən Darmanin, “Nağd pulun çıxarılması avtomatik olaraq narkotik ticarətini dayandıracaq”, – deyib.
***
Ədliyyə naziri iddia edib ki, nağd pulu əvəz edən rəqəmsal ödənişlər cinayət gəlirlərini, xüsusən də kriptovalyutaları izləməyi asanlaşdıracaq. “Narkotiklər mövcud olsa belə, pulların hərəkətini izləmək mümkün olsa belə, bu ticarət dayanıqsız olur”, – deyib.
Darmaninin təklifi Avropa Mərkəzi Bankı tərəfindən hazırlanan rəqəmsal avro layihəsi ilə üst-üstə düşsə də, bu layihə nağd pulun tamamilə ləğvini nəzərdə tutmur. Fransa Bankından verilən açıqlamaya görə, rəqəmsal avro mövcud ödəniş alətlərini tamamlayacaq, lakin əvəz etməyəcək.
Üstəlik, Fransa bu yaxınlarda Püi-de-Dom bölgəsində 250 milyon avroluq yeni əskinas çapına investisiya qoymağa başladı. Bu onu göstərir ki, ölkənin hələlik nağd puldan tamamilə imtina etmək niyyəti yoxdur.
***
Mütəxəssislər deyirlər ki, Darmaninin təklifi cinayətə qarşı həlledici addım kimi görünür, lakin onun praktiki tətbiqi sual altındadır və nağd pulun tamamilə silinməsi yaşlıları və rəqəmsal imkanları məhdud olanları çətin vəziyyətə sala bilər.