Hazırda Ukraynanın Londondakı səfiri vəzifəsini icra edən Zalujnıy 2024-cü ilin fevral ayına qədər ölkəsinin silahlı qüvvələrinin komandanı vəzifəsində çalışıb. Onunla prezident Vladimir Zelenski arasında aylar ərzində fikir ayrılığı barədə xəbərlər yayıldıqdan sonra o, hərbi vəzifəsindən uzaqlaşdırılıb. Zelenski və başqaları uzun müddətdir ki, Rusiya qüvvələrinin ölkədən çıxarılmasını və Rusiyanın 2014-cü ildə qeyri-qanuni ilhaq etdiyi Krım da daxil olmaqla, Ukraynanın 1991-ci ildəki postsovet sərhədlərinə qayıtmağa çağırıblar.
“Ümid edirəm ki, bu salonda hələ də Ukraynaya və onun 1991 və ya 2022-ci il sərhədlərinə sülh gətirəcək möcüzəyə ümid edən heç kim yoxdur”, – Zalujnıy Kiyevdə keçirilən forumda deyib. “Mənim şəxsi fikrim budur ki, düşmənin hələ də ərazimizə hücumlar təşkil etmək və məqsədyönlü hücum əməliyyatları keçirməyə cəhd etmək üçün resursları, qüvvələri və vasitələri var”, – Zalujnı deyib.
Rusiyanın bir ildir yıxılma müharibəsi apardığını qeyd edən Zalujnı Ukrayna qüvvələrinin sayının az olması və onların iqtisadi vəziyyətinə görə yeganə ümidin qabaqcıl texnologiyaya arxalanmaq olduğunu bildirib.