Vaxt.Az

“Müharibəni bitirmək istəmir”


 

Tramp Putini indi başa düşüb, Senat hərəkətə keçdi

“Müharibəni bitirmək istəmir” Yanvarın 20-də vəzifəyə gəldiyi gündən Ukrayna müharibəsinin həllini vasitəçi kimi axtaran ABŞ prezidenti Donald Tramp Avropa liderləri ilə son görüşündə Rusiya lideri Vladimir Putinin “müharibəyə son qoymaq istəmədiyini” etiraf edib.

Amerikanın “The Wall Street Journal” qəzetində yer alan xəbərə görə, mayın 19-da Putinlə görüşən ABŞ prezidenti Avropa liderlərinə zəng edərək, “Putin müharibənin bitməsinin tərəfdarı deyil. O, müharibəni qazandığına inandığı üçün atəşkəs elan etmək istəmir”, – deyib.

Xəbərdə Trampın danışıqlarda Rusiya tərəfinin müharibəni istədiyi kimi apardığı təəssüratını yaratdığı və ABŞ prezidentinin Vaşinqtonun müharibənin məsuliyyətini üzərinə götürmək istəmədiyini çatdırdığı iddia edilir. Xəbərə görə, Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasını istəmədiyini deyən Tramp Avropa liderlərindən birinə “Axı bu mənim müharibəm deyil” deyib.

***

Digər tərəfdən, Finlandiya prezidenti Aleksandr Stabb Rusiya-Ukrayna nümayəndə heyətlərinin gələn həftə Vatikanda yenidən masa arxasına oturmağa hazırlaşdıqlarını açıqlayarkən, ABŞ Senatı da Trampdan asılı olmayaraq hərəkətə keçib. Rusiyaya qarşı yeni sanksiya layihəsini hazırlayan Senatdan səslər yüksəlir: “Putin İstanbulda olduğu kimi Vatikanda atəşkəslə bağlı dalana dirənmə taktikasını davam etdirsə, Trampın fikrindən asılı olmayaraq ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiya qanun layihəsini səsverməyə çıxaracaq”. Qanun layihəsinin Trampın mümkün vetosunu aşmaq üçün Konqresdə kifayət qədər səs toplayacağı da bildirilir.

 





23.05.2025    çap et  çap et