Vaxt.Az

Meksikada “Nuhun gəmisi” əməliyyatı


 

Kartel zorakılığı səbəbindən 700-dən çox heyvan təxliyə edilib

Meksikada “Nuhun gəmisi” əməliyyatı Meksikanın Sinaloa əyalətində kartel zorakılığı səbəbindən 700-dən çox heyvan təxliyə edilib. Kulyakan əyalətindəki Ostok Heyvanlar Qoruğunun direktoru Ernesto Zazueta ölkənin cənubundakı Mazatlan şəhərinə fil, pələng, şir, meymun və timsah da daxil olmaqla 700-dən çox heyvanın göndərildiyini bildirib.

Zazueta, “21-ci əsrin Nuhun gəmisi” olaraq xarakterizə edilən əməliyyatın, zorakılıq səbəbiylə Meksikada indiyə qədər həyata keçirilən vəhşi heyvanların ən böyük köçürülməsi olduğuna diqqət çəkib.

Heyvanlar arasında ekzotik quşlar və begemotlar var. CNN-ə danışan rəsmi, sığınacaq işçilərinin könüllülər və dəstək təşkilatları ilə birlikdə heyvanları mayın 20-də “Bioparque El Encanto” adlı qoruq sahəsinə köçürdüyünü söylədi.

Rəsmi dedi ki, Viki adlı fillərindən birinin ayağında problem yarandıqdan sonra transfer qərarını veriblər. Zazueta deyir ki, heç bir baytar təhlükəsizlik baxımından Kulyakana səfər etmək istəmədikdə, heyvanları təhlükədən uzaq bir yerə köçürməyə başladılar.

Kartel zorakılığı səbəbindən heyvan sığınacağına getməkdə çətinlik çəkdiklərini bildirən rəsmi, “Kulyakan ən çətin ərazidir. Bu günlərdə sığınacağa getmək belə bizim üçün çox çətinləşib. Bizi az qala sığınacaqdan qovacaqdılar, pul yığmaq istəyirlər”, – deyib.

Xəbərdə bildirilir ki, Ostok Heyvan Sığınacağı işçilərə qarşı təhdidlər və dəstələrin soyğunçuluq və qəsb cəhdləri səbəbindən bağlanıb.

Zazueta vəziyyətin kartel zorakılığı ilə bağlı “çox ağrılı mesaj” verdiyini deyib “Hətta heyvanlar artıq Kulyakanda yaşaya bilmirsə, kim edə bilər?”, – deyib.

 





23.05.2025    çap et  çap et