Vaxt.Az

“AB ilə razılaşmaya çalışmırıq”


 

Tramp: “Onlarla bir halda gecikmə üçün danışıqlar apara bilərəm”

“AB ilə razılaşmaya çalışmırıq” ABŞ prezidenti Donald Tramp Oval kabinetdə imzalanma mərasimindən sonra AB-yə qarşı yeni tarif təhdidləri ilə bağlı qiymətləndirmələr edib.

Avropa Birliyi ilə danışıqların ləng irəlilədiyini bildirən Tramp, AB-nin illərdir ABŞ-la çox pis rəftar etdiyini və Birliyin ABŞ-a zərər vurmaq və ölkədən faydalanmaq üçün qurulduğunu təkrarlayıb.

Tramp ABŞ-ın AB ilə böyük ticarət kəsiri olduğunu qeyd edərək, "Bildiyiniz kimi, “Mercedes”, “BMW”, “Volkswagen” və bir çox başqa avtomobillər kimi milyonlarla avtomobil satırlar. Bizə AB-yə avtomobil satmaq qadağandır, bu xoş deyil. Mən dedim ki, oyunu mənim kimi oynamağın vaxtıdır”, – deyib.

AB ilə doqquz gün ərzində razılaşa biləcəyi ilə bağlı suala Tramp belə cavab verib: "Mən bir razılaşma axtarmıram. Yəni, biz razılaşma əldə etmişik. 50/50, amma yenə də zavodlarını burada inşa etsələr, heç bir tarif yoxdur. Əgər kimsə gəlib burada müəssisə tikmək istəsə, onlarla bir az gecikmə üçün danışıqlar apara bilərəm”, – deyib.

Tramp ölkələrlə apardıqları ticarət danışıqlarında imzalanmağa hazır bir çox müqavilənin olduğunu bildirib.

Tramp, “Truth Sosial” media hesabından etdiyi paylaşımda AB ilə ticarət danışıqlarının heç bir yerə getmədiyinə diqqət çəkərək, "Ona görə də 1 iyundan etibarən AB-yə birbaşa 50 faizlik tarif tətbiq edilməsini təklif edirəm. Əgər məhsul ABŞ-da qurularsa və ya istehsal edilərsə, heç bir gömrük rüsumu tətbiq edilməyəcək”, – yazıb.

 





24.05.2025    çap et  çap et