Vaxt.Az

“ABŞ-ın dominantlıq dövrü bitdi”


 

Trampın prezidentlik varisindən gözlənilməz açıqlama

“ABŞ-ın dominantlıq dövrü bitdi” ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ABŞ-ın dünyadakı mövqeyi və xarici siyasəti ilə bağlı açıqlama verib. Vens ABŞ-ın mübahisəsiz hökmranlığı dövrünün bitdiyini bildirdi.

ABŞ Prezidenti Donald Trampın vitse-prezidenti Ceyms Devid Vens ABŞ Hərbi Dəniz Akademiyasının məzuniyyət mərasimində tələbələr qarşısında çıxışı zamanı gözlənilməz açıqlamalar verib.

***

ABŞ-ın dünyadakı yeri və gələcək xarici siyasəti ilə bağlı dəyərləndirmələr edən Vens, “ABŞ-ın mübahisəsiz hökmranlığı dövrü bitdi” dedi.

“Biz bu gün ciddi təhlükələrlə üzləşirik. Çin, Rusiya və digərləri bizi hər cəbhədə məğlub etmək əzmindədir”, – ABŞ vitse-prezidenti bildirib.

Artıq qarşıdurmalardan əvəzini ödəmədən çıxacaqlarını güman edə bilməyəcəklərini deyən Vens müdafiə sahəsində ediləcək texnoloji sıçrayışlara diqqət çəkib.

***

Tramp administrasiyasının təhlükəsizlik siyasətlərində yeni istiqamət müəyyən etdiyini açıqlayan ABŞ vitse-prezidenti, “Daha qeyri-müəyyən missiyalar olmayacaq. Artıq açıq münaqişələr olmayacaq”, – deyib.

Vens realist siyasətə diqqət çəksə də, lazım gəldikdə Husilərə qarşı hərbi əməliyyatlar keçirə biləcəklərini deyib.

Digər tərəfdən, Vence, müasir dövrdə müharibənin çevrilməsinə işarə edərək, ucuz dronlara və böyük zərər verə biləcək kiber hücumlara toxundu.

***

ABŞ prezidenti Donald Tramp, “Dörd gözəl il yaşamaq istəyirəm və onu ideal şəkildə onu irəli aparacaq böyük bir Respublikaçıya təhvil vermək istəyirəm”, – deyərək, Respublikaçılar Partiyasının bayrağı daşıya biləcək başqa adların da olduğunu açıqlayıb.

Tramp ABŞ-ın vitse-prezidenti Ceyms Vensi və Dövlət katibi Marko Rubionu prezidentliyə varisləri adlandırmışdı.

 





24.05.2025    çap et  çap et