Vaxt.Az

ÇL-yə yaraşan müdafiə xətti


 

“Qalatasaray”ın Laporte iştahası

ÇL-yə yaraşan müdafiə xətti Çempion “Qalatasaray” Çempionlar Liqasını (ÇL) sarsıdacaq heyət qurmaq üçün qollarını çırmalayıb. Karlos Kuesta transferi ilə bağlı yaşanan məyusluğun təkrarlanmaması üçün rəhbərlik Avropada özünü sübut etmiş futbolçularla danışıqlar aparır. İlk hədəf Əl-Nassrın formada olan Aymerik Laportudur.

“Mançester Siti”dəki uğurlu karyerasından sonra Səudiyyə Ərəbistanına keçən 30 yaşlı ispan müdafiəçi “Əl-Nəsr”dən ayrılmağa hazırlaşır. Ronaldo və Talisca ilə eyni komandada olan Laportun klubundan ayrılmaq istəyini çatdırdığı öyrənilib.

***

Fasilə zamanı Laportla maraqlanan “Marsel” futbolçu ilə ünsiyyətini davam etdirir. Bununla belə, Fransa mətbuatının yazdığına görə, Marsel üçün bu transferi reallaşdırmaq çətin olacaq. “Le Provence” qəzetinin yazdığına görə, Marselin vəziyyəti aydın deyil. Laportun Avropa futboluna qayıtmaq istəyi “Qalatasaray”ın əlini gücləndirir.

Təcrübəli müdafiəçi daha əvvəl Roberto Mançini dövründə sarı-qırmızıların radarına düşmüşdü. İndi iki tərəf arasında yenidən isti əlaqələr yaranıb. “Qalatasaray” rəhbərliyi transferi mövsümün sonuna qədər tamamlamaq istəyir. 1.91 boylu ulduzun klubu ilə daha bir il müqaviləsi var. Bazar dəyəri 18 milyon avro olan Laportun transferinin bonservisi ilə olunmaq ehtimalı var.

***

Peşəkar karyerasına “Atletik Bilbao”da başlayan Laport 2018-ci ildə “Manchester City”yə transfer olunub. Burada 180 rəsmi yarışda çıxış edən Laporte İngiltərə komandası ilə 5 dəfə Premyer Liqa, 2 dəfə İngiltərə kuboku və İngiltərə Liqa kuboku, bir dəfə isə UEFA Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi olub.

***

“Əl-Nassr” 2023-cü ildə Laport üçün “Manchester City”yə 27 milyon 500 min avroluq transfer haqqı ödəmişdi. Lakin ispan müdafiəçi transferindən bir müddət sonra həyat şəraitindən narazı olmuşdu: “Bizim çoxumuz bura təkcə futbol üçün gəlməmişik. Mən həyat keyfiyyəti baxımından fərqli şeylər gözləyirdim, amma Ər-Riyadda gündə üç saatı tıxacda keçirirsən. Nə isə danışıqlar aparırsan və imzalayandan sonra bunu qəbul etmirlər və döyüşürlər”.

 





24.05.2025    çap et  çap et