Vaxt.Az

“Bu işdə rəqibsiz olacağıq”


 

Tramp nüvə enerjisini sürətləndirir

“Bu işdə rəqibsiz olacağıq” ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə mətbuat konfransı keçirməzdən əvvəl nüvə enerjisi ilə bağlı bəzi sərəncamlar imzalayıb.

ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə imzaladığı yeni sərəncamlarla nüvə enerjisində böyük sıçrayışa imza atdı. Nüvənin təhlükəsiz və ekoloji cəhətdən təmiz olduğuna işarə edən Tramp bürokratik maneələrin aradan qaldırılacağını açıqlayıb.

ABŞ-ın enerji ehtiyacının çox yüksək olduğunu və bu ehtiyacın qarşılanmasında nüvə enerjisinin çox əhəmiyyətli olduğunu bildirən Tramp, bu sahəyə daha çox sərmayə qoymaları lazım olduğunu bildirib.

“Biz bu gün nüvə enerjisi ilə bağlı böyük bir açıqlama veririk. Nüvə enerjisi təhlükəsiz və ekoloji cəhətdən sağlamdır və bugünkü icraçı sərəncamlar bizi bu sənayedə əsl gücə çevirəcək. Biz böyük nüvə obyektlərindən danışırıq və texnologiya, təhlükəsizlik və xərc baxımından uzun bir yol qət etmişik”, – Tramp deyib.

Donald Tramp çox sürətlə yeni atom elektrik stansiyaları tikmələri lazım olduğuna işarə edərək, həm böyük, həm də nisbətən kiçik obyektlər tikəcəklərini bildirib.

“Biz bunu çox tez və çox təhlükəsiz edəcəyik. Onlar üç-dörd kiçik zavod tikib onları bir yerə yığacaqlar. Bunu Fransa etdi. Biz isə böyük zavodları tikəcəyik. Düşünürəm ki, bu işdə rəqibsiz olacağıq. Nüvə vaxtı gəldi”.

Yeni texnologiyalarda süni intellektdən daha çox istifadə etdiklərini bildirən Tramp nüvə obyektlərinin inşası və istismarında süni intellektə əsaslanan tətbiqlərdən də faydalanacaqlarını və bu mövzuda Çindən geri qalmayacaqlarını vurğulayıb.

 





24.05.2025    çap et  çap et