Maranatha kilsəsinə basqın edən dəstə üzvləri 86 yaşlı keşiş Cok Brutusun başını kəsərək öldürüblər.
Hücumlarda aralarında uşaqların da olduğu 50 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.
Hadisə şahidlərindən biri İspaniyanın “EFE” xəbər agentliyinə, “Ən azı 50 cəsəd tapılıb. Qırğın yerinə çatmaq demək olar ki, mümkün deyil, çünki ərazi hələ də dəstənin nəzarətdədir. Cəsədlərdən 14-nün başı kəsilib və yandırılıb”, – deyib.
Haiti Yepiskop Konfransı (CEH) hücumla bağlı bəyanat yayaraq, şəhər əhalisinə qarşı bu vəhşiliyə görə dərin kədər ifadə edərək, səlahiyyətliləri təcili tədbirlər görməyə çağırıb.
Qətliamın “Özünümüdafiə Koalisiyası” adından istifadə edən silahlı dəstə tərəfindən həyata keçirildiyi iddia edilir.
***
İllərdir siyasi, iqtisadi və təhlükəsizlik böhranları ilə mübarizə aparan Haiti 11 milyonu aşan əhalisi ilə aclıq təhlükəsi ilə üz-üzədir.
Silahlı dəstələrin paytaxt Port-o-Prinsin 80 faizindən çoxuna nəzarət etdiyi ölkədə zorakılıq artmaqdadır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, 2024-cü ildə Haitidə silahlı dəstə üzvlərinin hücumları nəticəsində 5600-dən çox insan həlak olub.