Vaxt.Az

Fransanın işığı söndü


 

Onlarla şəhər, milyonlara insan işıqsız qalıb, yollarda xaos, film nümayişi yarımçıq qalan Kann festivalının bağlanış qalasında fiasko

Fransanın işığı söndü 78-ci Kann Film Festivalının keçirildiyi Kann da daxil olmaqla, Fransanın Alpes-Maritimes bölgəsinin geniş ərazilərində elektrik enerjisinin kəsilməsi baş verib.

Alp-Dəniz Valiliyinin “X” hesabından verilən açıqlamada Alp-Dəniz əyalətinin qərbində ciddi elektrik kəsilməsinin yaşandığı bildirilib.

Açıqlamada Fransanın elektrik ötürücü şəbəkəsi (RTE) işçilərinin vəziyyəti düzəltmək üçün çalışdığı və vətəndaşların gündəlik səyahətlərində diqqətli olmağa çağırıldığı bildirilib.

Aralıq dənizində RTE X hesabından edilən şərhdə, Kann və ətraf şəhərlərin elektrik kəsilməsindən təsirləndiyi və 160 min evin işıqsız qaldığı bildirildi.

Açıqlamada ölkənin infrastruktur və elektrik xətlərinin baxımından məsul qurum olan RTE və Enedis qruplarının elektrik enerjisinin ən qısa zamanda bərpası üçün çalışdığı və yaşanan neqativliyə görə üzrxahlıq edildiyi bildirilib.

Fransa mətbuatında yer alan xəbərlərə görə, RTE elektrik kəsilməsinin bu gün səhər saatlarında yüksək gərginlikli xəttə aid dirəyin düşməsi nəticəsində baş verdiyini bildirib.

RTE xəbər verir ki, gecə ərzində Kann ətrafında elektrik transformatorunda yanğın baş verib, elektrik şəbəkəsi sıradan çıxıb.

78-ci Kann Film Festivalına da təsir edən elektrik kəsilməsi səbəbindən “Sirat” filminin nümayişi yarımçıq qalıb. Kəsinti həm də Qızıl Palma budağı mükafatının təqdim olunduğu festivalın bağlanış mərasiminə də kölgə salıb.

Festival təşkilatçıları, bağlanış qalasının ehtiyat generatorlardan istifadə etməyə davam edəcəyini söylədi.

Bildirilib ki, bu axşam festivalın bağlanış mərasimi generator sayəsində problemsiz keçiriləcək.

Elektrik enerjisinin kəsildiyi şəhərlərdə yerli vaxtla saat 10:00-dan bəri işıqforların işləməməsi nəqliyyatı çətinləşdirir.

Keçən ay İspaniya, Portuqaliya və Fransanın bəzi yerlərində də milyonlarla insanı elektrik enerjisiz qoyan geniş fasilələr baş verib.

 





24.05.2025    çap et  çap et