Beynəlxalq Astronomiya İttifaqının Cırtdan Planet Mərkəzi tərəfindən təsdiqlənən, lakin hələ də ekspert rəyindən keçməmiş tapıntılar mayın 21-də resenziyalı jurnallarda hələ dərc olunmamış elmi məqalələrin deposu olan “arXiv”ə yüklənib.
“2017 OF201”in diametrinin təxminən 700 kilometr olduğu bildirilir. Neptunun orbitindən kənarda gizlənən obyekt Çilidəki Blanco teleskopunun və Havaydakı Kanada-Fransa-Havay teleskopunun arxiv məlumatlarını araşdırarkən aşkar edilib.
Cırtdan planet Günəşə yalnız 45 astronomik vahid qədər yaxınlaşa bilir. 45 astronomik vahid Yerlə Günəş arasındakı məsafənin 45 qatına bərabərdir. Bu o deməkdir ki, yeni cırtdan planet Günəşə başqa bir cırtdan planet Pluton qədər yaxındır.
Obyektin orbital hesablamalarına əsaslanaraq, elm adamları onun Günəşin yaxınlığından sonuncu dəfə 1930-cu ildə, onunla eyni məsafədə fırlanan yoldaşı Plutonun kəşf edildiyi ildə keçdiyini təxmin edirlər.
Cırtdan planet hazırda həmin orbitdən iki dəfə uzaqdadır və uzaqlaşmağa davam edir. Onun Günəşdən ən uzaq məsafəsi 1600 astronomik vahid olacaq.
Günəş Sistemində bu qədər uzaqda olan obyektləri aşkar etmək çox çətin olduğundan, “2017 OF201”in kəşf olunmağı gözləyən yeganə cırtdan planet olmaması mümkündür.
Kəşf qrupunun tədqiqatçısı Sihao Çenq “Livescience”ə bildirib ki, ““2017 OF201” orbital vaxtının yalnız 1 faizini təsbit edilə biləcək qədər yaxına sərf edir"”.
“Bu tək obyektin mövcudluğu onu göstərir ki, oxşar orbitdə və ölçüdə 100-ə yaxın başqa obyekt ola bilər. Onlar hazırda aşkar etmək üçün çox uzaqdadırlar."
***
Cırtdan planet 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən müəyyən edilmiş göy cisminin kateqoriyasıdır. Kifayət qədər kütləsi olan və buna görə də öz cazibə qüvvəsinə görə yuvarlaq formada olan bu cisimlər orbitlərindəki digər cisimləri təmizləyə bilmirlər. Başqa sözlə, öz orbitində dominant mövqedə deyil. Ancaq Günəşdən başqa heç bir cismin orbitinə çıxmadıqları üçün peyk kimi təsnif edilmirlər.
Bunların asteroidlərdən fərqi cırtdan planetlərin cazibə qüvvəsi sayəsində sferik formada olmasıdır.
Pluton planet statusundan bu kateqoriyaya köçürüldükdə cırtdan planet kateqoriyası xüsusi diqqət çəkdi. Günəş sistemindəki cırtdan planetlər arasında Plutondan başqa Ceres, Eris, Haumea kimi obyektlər də var.