“Britaniya hakimiyyət orqanları yanğında ittiham olunan üç nəfərin Rusiya tərəfi tərəfindən muzdlu olub-olmamasını araşdırır”, – deyə “The Financial Times” Britaniya hökumətindəki yüksək səviyyəli mənbələrə istinadən yazır.
Bu şübhələr təsdiqlənərsə, Londonun reaksiyasının necə olacağı da müzakirə olunur.
Baş nazirin evində yanğın mayın 12-də səhər saatlarında baş verib. Yanğın nəticəsində evin qapısı zədələnib.
Aralarında bir Ukrayna və bir Rumıniya vətəndaşı olan üç şübhəli həbs edilib.
***
Keir Starmer və ailəsi “Downing Street”dəki rəsmi iqamətgahda yaşayarkən, Londonun şimal-qərbində sahibi olduğu dörd otaqlı ev müvəqqəti olaraq icarəyə verilib.
Mayın 8-də Starmerin qonşuya satdığı avtomobil yanıb və mayın 11-də Londonun şimalında bir vaxtlar ailəsi ilə birlikdə yaşadığı evin girişində yanğın baş verib.
Polis son hücumu bu iki hadisə ilə əlaqələndirib.