Vaxt.Az

«Davranışlarına fikir ver»


 

MTRŞ-dan Zaur Baxşəliyevə xəbərdarlıq

«Davranışlarına fikir ver» Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də yayımlanan «Məni yarımdan soruş» verilişində aparıcı Zaur Baxşəliyevin iştirakçıları aşağılaması ilə bağlı məsələyə münasibətini bildirib. Milli Televiziya və RadioŞurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Movqe.az-a açıqlamasında bildirib ki, aparıcıların efirdən iştirakçıları aşağılayan, şəxsiyyətini təhqir edən fikirlər səsləndirməsi yolverilməzdir:

«Aparıcı efirdən belə bir hərəkətə yol verməməlidir. Heç bir halda iştirakçını təhqir etmək hüququ yoxdur aparıcıların. Aparıcılar efirdə danışıqlarına, hərəkətlərinə fikir verməlidirlər. Konkret bu məsələyə gəlincə, biz qarışıb həmin şəxsin hüququnu müdafiə edə bilmərik. Həmin şəxs şəxsiyyətinin təhqir olunduğunu hesab edirsə, məhkəməyə müraciət edə bilər. Bəlkə həmin şəxs bunu zarafat kimi qəbul edib. O da ola bilər. Ona görə də hər bir halda aşağılandığını hesab edən şəxs istəyirsə məhkəməyə müraciət edə bilər. Biz isə telekanallarda çalışan aparıcılara dəfələrlə tövsiyə etmişik ki, bu kimi hallara yol verməsinlər. Davranışlarına, danışıqlarına fikir versinlər».

Qeyd edək ki, ATV-də yayımlanan «Məni yarımdan soruş» verilişində aparıcı Zaur Baxşəliyev növbəti dəfə iştirakçıları təhqir edib. azxeber.com xəbər verir ki, verilişdə yarışan Elşən və Reyhanə cütlüyü aparıcı tərəfindən təhqir olunub. Belə ki, Zaur iştirakçıdan məşhur aktyor Lui De Fines haqda soruşub. Elşən isə cavabında onu tanımadığını deyib. Bu cavabdan təəccüblənən Zaur iştirakçıya «Sən nə gündəsən, ay bədbəxt» deyib. Daha sonra Lui De Fines haqda ona suallar ünvanlayıb və iştirakçını çıxılmaz vəziyyətə salıb. Maraqlıdır ki, Elşənin həyat yoldaşı da bütün bunları gülüşlə qarşılayıb. Zaurun iştirakçıları aşağılaması təkcə bununla kifayətlənməyib.

O, verilişdə iştirak edən Qəhrəman və Tamellanı da təhqir edib. Belə ki, o iştirakçıya «yaxşı ki, sarı önlükdə yoldaşının qarşısına çıxmamısan, yoxsa səni bəyənməzdi» deyib. Kişi də cavabında deyib ki, bəli bəyənməzdi, ancaq o məni bəyənib. Bu cavabdan sonra Zaur Qəhrəmanı da təhqir edib: Guya indiki «vidin» yaxşıdır ki? İndi ondan da pis «viddəsən» deyib.

 





13.05.2014    çap et  çap et