Vaxt.Az

Pozulan özəllikdən sonra qələbə ...


 

... Yaxud xırda toxunuşun möcüzəsi

Pozulan özəllikdən sonra qələbə ... Monakoda sıralanma turu geri qaldı. Lando Norris möhtəşəm son sektorla pouldadır.

Sözün düzü Monakoda son sessiyada bir az məyus oldum. Çünki əvvəllər Monakodakı sıralanma turunun bir özəlliyi var idi. Trasa tez çıxardılar, ardıcıl 4-5 dövrə vurardılar. Sonra yenə pitə girib, təzə təkərlə yenidən 4 dövrə vurardılar. Bu dəfə əksəriyyət digər trasda etdikləri kimi etdilər. Bir dənə “McLaren” son cəhdində ardıcıl iki dövrə vurdu və bu da onlarda əla işlədi. Kaş Verstappen və Hamilton da bunu sınayardılar.

Şarl Lekler isə əlindən gələni etdi. Son 3 Qran Pridə yarışı ikinci yerdən başlayan qazanır. Sabah Lekler öz ölkəsində bu ənənəni davam etdirə bilər. Çətindir, amma mümkünsüz deyil. “Ferrari” strateqlərinə və Leklerin tempinə çox iş düşəcək.

Sıralanma turunda “Mercedes”lərin belə geridə qalması məni təəccübləndirdi. Düzdür, deyilənə görə indidən ön qanadları sərtləşdiriblər. Amma son iki yarışda çox temp itirdilər. Bəlkə də bu itkilər onlara Barselonada böyük qazanc gətirər.

Ədrian Nyui isə “Aston Martin”ə xırda toxunuşla çox şey qazandırıb. Alonso iki yarışdır ki, son sessiya görür. Ümid edirəm sabah ilk xallarını qazanar.

 





24.05.2025    çap et  çap et