Yaxın vaxtlarda sistemin yekun sınaqları planlaşdırılıb və əgər bu sınaqlar uğurla başa çatarsa, artıq 2025-ci ilin son rübündə ilk tammiqyaslı əməliyyatlara başlanacaq.
“Rafael Advanced Defense Systems” və “Elbit Systems” şirkətləri tərəfindən, ABŞ nəhəngi “Lockheed Martin”in iştirakı ilə hazırlanmış “Iron Beam” (“Dəmir şüa”) məşhur “Iron Dome” (“Dəmir qübbə”) kompleksinə lazer əsaslı əlavəni təşkil edir.
Sistem təxminən 100 kilovat gücündə lazerdən istifadə edərək 10 kilometrə qədər məsafədə olan hədəfləri – pilotsuz uçuş aparatlarını, minaatan mərmilərini, raketləri və qanadlı raketləri – məhv edir.